Tag: Masuma Ahadova

Övladlıq

Övladlığa götür məniYenidən öyrət mənəyaşamağı,gəzməyi,susmağı.Bütün bildiklərimi,əzbərlədiklərimi,təcrübə kimi qazandıqlarımıunutdur mənə. *** Adımı dəyişdaşıması asan,çox düşündürməyən başqa bir ada.Tarixdə iz qoymamış,gələcək vəd etməyən,ölkədəki hər on şəxsdən birinin daşıdığısoyadını ver mənə.Bezmişəmtələffüz etməkdənEyni hərflərisoldan sağa,sağdan sola… *** Sanki bir az da yorulmuşam özümdən,sözümdən,mənə məndən xatirə hər şeydən.Qutu-qutu əşyalarım,Şəhər-şəhər həyatlarım,Qucaq-qucaq sevgilərimyorub məni.Bütün inandıqlarım-doğrularım,yanlışlarım,keçdiyim yollar,olmaq istədiyim insangözümdən düşüb.Özüm özümə köhnə gəlir …

Devamını oku